Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





3-cü Xəzər Beynəlxalq
Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi

23-26 noyabr tarixlərində ilk dəfə “Bakı Ekspo” sərgi mərkəzində “CIPS-2010” 3-cü Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri sərgisi keçirilir. Regionda təhlükəsizlik üzrə yeganə ixtisaslaşmış sərgi olan "CIPS" təkcə məhsulların təşviqi, ticarət nişanlarının inkişaf etdirilməsi, bazarın öyrənilməsi məkanı deyil, həm də məlumat mübadiləsi, ideyaların formalaşması, gündəlik həyatda və istehsalatda mövcud olan təhlükələrə qarşı birgə səy göstərməklə mübarizə aparmaq imkanlarının axtarışı üçün mərkəz rolunu oynayır.

Bu sərginin təşkilatçıları qismində Böyük Britaniyanın “ITE Group” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkəti çıxış edirlər. Sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. 2010-cu ilin payız sərgisinin tərəfdaşları qismində isə “Azerfon-Vodafone”, “Paşa Sığorta”, “Caspel”, “Greenwich Travel Club”, “SIAR” şirkətləri və “Qafqaz Point” mehmanxanası çıxış edirlər.

Bu il sərgidə Azərbaycan, İtaliya, Çin, Rusiya, Türkiyə, ABŞ, Fransa və Çexiyadan 22 şirkət iştirak edir. Sərgi ekspozisiyasını avadanlıqların ən yeni nümunələri, müasir texnologiyalar və  təhlükəsizliyin təmin olunması üzrə demək olar ki, bütün sahə və sektorlarda əldə edilən ən son nailiyyətlər və layihələr təşkil edirlər. Sərginin ən iri bölməsi – texniki vasitələr və təhlükəsizlik sistemləridır. Belə ki, sərgi “Samsung”, “LG Security”, “SONY Security”, “Pelko” kimi aparıcı istehsalçıların və digər şirkətlərin ССTV (gizli müşahidə) kameralarının geniş çeşidini, iri anbar sahələrinin daxilində müşahidə üçün xüsusi həll variantlarını, “intellektual ev” sistemini təqdim edir. Sərgidə ayrıca bir bölmə olaraq, yanğın təhlükəsizliyi üzrə modullu sistemlər və onların yaşayış və qeyri-yaşayış binalarında tətbiqi üçün həll variantları nümayiş olunacaqdır. Sərginin mövzusu bank sektorunun mütəxəssisləri üçün təklifləri də əhatə edir. Bu bölmədə ən yeni informasiya təhlükəsizliyi təminatı vasitələri nümayiş etdirilir: informasiya sistemlərinin məsafədən mühafizəsi, internetə təhlükəsiz giriş, şəxsi məlumatların qorunması, informasiya mənbələrinə təhlükəsiz giriş, təhlükəsiz fəaliyyətlərdə avtomatlaşdırılmış sistemlər, “insayder” (şirkət daxilində məxfi məlumatlara daxil olmaq istəyən qanun pozucuları) fəaliyyətlərindən mühafizə və s. İlk dəfə olaraq, “СIPS” sərgisində gömrük və sərhəd-nəzarət məntəqələrində tətbiq edilən ən yeni avadanlıqlar və texnologiyalar nümayiş etdirilir. Xüsusi bölmədə narkotik vasitələrin aşkar edilməsi üçün xüsusi avadanlıqlar təqdim olunur. Daha bir yenilik isə neft-qaz sənayesi üçün cihaz və ölçü avadanlıqlarının təqdimatı olur.

Bu gün təhlükəsizlik texnologiyaları getdikcə daha çox aktuallıq kəsb edir. Bu isə həm fiziki şəxslərə qarşı, həm də istehsal müəssisələri və kommersiya təşkilatlarında müxtəlif mənşəli təhlükələrin artması ilə bağlıdır. Respublika rəhbərliyi ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair dövlət proqramının təsdiq olunması”na dair 2004-cü il tarixli qərarı çərçivəsində ”Təhlükəsiz şəhər” sistemi həyata keçirilir. Bu sistem şəhərin müxtəlif yerlərini daimi olaraq video-müşahidə rejimində saxlamağa və qeyri-qanuni hərəkətlərə çevik şəkildə reaksiya verməyə imkan yaradır. Bu qəbildən olan sistemlərin səmərəli işləməsi üçün texniki vasitələrin daim yenilənməsi və yeni texnologiyaların tətbiq edilməsi tələb olunur. Bununla bağlı olaraq, mühafizə və təhlükəsizlik sərgisinin keçirilməsinin aktuallığı da artır. Çünki məhz sərgi biznes əlaqələrinin yaranması üçün hər cür şəraiti təmin edir. Sərgidə nümayiş olunan yeniliklər isə yerli bazarda inovasiyalı məhsulların və təhlükəsizlik texnologiyasının inkişafına imkan verir.





Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  23/05/2022 24/05/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



CIPS Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek