Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Şirkət haqqında


Ünvan


İndeks
Telefon
Faks
www
e-mail

Azərbaycan, Bakı,
Nobel prospekti 15,
Azure Biznes Mərkəzi, 7-ci mərtəbə
AZ1025
+994 12 4041000
+994 12 4041001
www.iteca.az
office@iteca.az

Xəzər regionunun ən böyük sərgi və konfranslarının təşkilatçısı “Iteca Caspian LLC” şirkəti aparıcı sərgi və konfrans təşkilatçılarından biri - “ITE Group plc” şirkətinin tərəfdaşıdır və 2000-ci ildə təsis edilmişdir. “Iteca Caspian LLC” şirkəti hər il Azərbaycanda 20-dən çox sərgi və konfrans təşkil edir. Şirkətin təşkil etdiyi sərgilərin siyahısına aşağıdakılar daxildir: Neft və Qaz, İnşaat, Telekommunikasiya Vasitələri və İnformasiya Texnologiyaları, Mühafizə və Təhlükəsizlik, Qida Sənayesi, Nəqliyyat, Səhiyyə, Gözəllik və Sağlamlıq, Səyahət və Turizm, Qonaqpərvərlik (Otel işi) Sənayesi.

Artıq uzun illərdir ki, Azərbaycanda keçirilən bu sərgilər hər il Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFİ) tərəfindən təşkilat səviyyəsinin auditindən keçir. “UFİ tərəfindən bəyənilmişdir” nişanı “Neft və Qaz” (“Caspian Oil & Gas”), “İnşaat” (BakuBuild), “Qida Sənayesi” (“WorldFood Azerbaijan”), “Səhiyyə” (“BIHE”), “Telekommunikasiya və İnformasiya Texnologiyaları” (“BakuTel”) və “Turizm və Səyahət” (“AITF”) sərgilərinə verilmişdir və bu, sərgilərin yüksək təşkilatçılıq səviyyəsinə və statistik göstəricilərin doğruluğuna dəlalət edir.

Sərgilər rəsmi olaraq Azərbaycanın dövlət strukturları tərəfindən dəstəklənir. Bu sərgilərdən bəziləri isə Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Elektrik Rabitə İttifaqı (BERİ), Ümumdünya Turist Təşkilatı və Hökumətlərarası TRASEKA Komissiyasının Daimi Katibliyi kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də dəstək alır. Sərgi iştirakçılarının coğrafiyası orta hesabla dünyanın 50-dən çox ölkəsini əhatə edir. “Iteca Caspian LLC” şirkəti və onun təşkil etdiyi sərgilər dəfələrlə “Sərgilərin təşkili sahəsində ilin şirkəti”, “1 nömrəli sərgi markası” və s. bu kimi nominasiyalarda müxtəlif mükafatların laureatı olmuşdur.

Fəaliyyət göstərdiyi illər ərzində, “Iteca Caspian LLC” şirkətinin təşkil etdiyi sərgilər geniş ictimaiyyət arasında populyarlıq və etimad qazanmağa müvəffəq olmuşdur.






Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  01/10/2022 02/10/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



CIPS Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek