Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sərgi haqqında



REGİONDA MÜHAFİZƏ TƏHLÜKƏSİZLİK SƏNAYESİ  ÜZRƏ KEÇİRİLƏCƏK YEGANƏ SƏRGİ!

7-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri Sərgisi СIPS Caspian- Azərbaycan və Cənubi Qafqaz regionunda təhlükəsizliyə həsr olunmuş ən nüfuzlu beynəlxalq ixtisaslaşdırılmış sərgidir.

CİPS Caspian təhlükəsizlik sistemi sərgisi işgüzar ünsiyyət, malların təşviqi və bazarın öyrənilməsi üzrə dünyada qəbul edilmiş meydança sayılır.

CİPS Caspian cəmiyyətdə və bütün regionda stabilliyin saxlanması üzrə müasir yanaşmaları nümayiş etdirən, hər il daha aydın və tələb olunan sərgi tədbirinə çevrilməkdədir.

Sərginin iştirakçıları ən yeni avadanlıq nümunələri ilə, müasir texnologiyalarla, mühafizə televiziyası sahəsində ən son nailiyyətlər və layihə işləri ilə, girişə nəzarət, qəza və xilasetmə texnikası ilə tanış olmaq və qarşılıqlı işgüzar əlaqələr qurmaq üçün unikal imkanlara malikdir.

 Azərbaycan- beynəlxalq arenada əhəmiyyətli strateji tərəfdaşdır.

 Azərbaycan- aşağıda göstərilənlər sayəsində investisiya yatırımlarının artımına   kömək edən məqbul və əlverişli şəraitə malikdir:

  • Əlverişli coğrafi mövqe
  • Yetkin bazar münasibətlərinə əsaslanan yeni və effektli iqtisadi modellərin yaranması
  • İnsan potensialının inkişafı və səmərəli sosial müdafiə sisteminin yaranması
  • Resursların zənginliyi
  • Mülayim iqlim və qonaqpərvər mədəniyyət

“CIPS Caspian 2014” sərgisinin üstünlükləri:

 

  • Regionda yeganə peşəkar sərgi;
  • Regionda ən böyük “İnşaat” sərgisi (“BakuBuild”) ilə paralel keçirilir ki, bu da hər iki sahənin mütəxəssislərinə işgüzar əməkdaşlıq üçün unikal imkanlar yaradır;
  • Qısa müddət ərzində bazarın maksimum əhatə olunması - sənaye peşəkarları və korporativ sifarişçilərlə 4 gün ərzində intensiv görüşlər və danışıqlar;
  • Yekun məhsulların aparıcı istehsalçıları və yeni müştərilərlə tanışlıq;
  • Mövcud əlaqələrin yenilənməsi və gələcək biznes əlaqələri üçün yeni platformaların hazırlanması.

 

Sərgi bölmələri

Təhlükəsizliyin təmin edilməsi üçün texniki vasitələr

Mühafizə televiziyası və müşahidə sistemləri

Yanğın təhlükəsizliyi. Qəza-xilasetmə texnikası. Əməyin mühafizəsi.

Məlumatların mühafizəsi. Mikro-prosessorlu “smart” kartlar. İdentifikasiya texnologiyaları. Bank avadanlığı.

 

CIPS-2013” sərgisi üzrə faktları və rəqəmlər

Təsis edildiyi tarix: 2008-ci il

Dövrilik: İldə bir dəfə

İştirakçılarının sayı: 58

İştirakçı ölkələrin sayı: 18

O cümlədən Azərbaycan, Rusiya, Türkiyə, Belarus, Ukrayna, İtaliya, Qazaxıstan, Gürcüstan, Hindistan, ABŞ, Böyük Britaniya ,Belçika, Almaniya, Sinqapur, Çin, Fransa, Yunanıstan, İsveçrə.

İştirakçı şirkətlərin 89%-i işgüzar əlaqələr qurmağa müvəffəq olub.

İştirakçıların 23%-i CIPS 2013 sərgisində yeni müqavilələr imzalayıb.

İştirakçıların 83%-i sərginin nəticələri əsasında müqavilələrin imzalanmasını gözləyir.

İştirakçıların 54%-i  CIPS 2014 tədbirində iştirakını təsdiqləyib.

Ziyarətçilərin ümumi sayı: 10 776

Unikal ziyarətçilər: 7 697   

 

  RƏYLƏR:

Biz bu sərgidə yanğınsöndürmə şitləri, stendləri, balonları və şlanqlarını, eləcə də köpük generatorları, avtomatik söndürmə sistemləri və siqnalizasiya sistemlərini təqdim edirik. Şirkətimizə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən lisenziya verilib və biz bu dövlət strukturu ilə əməkdaşlıq edirik. “CIPS Caspian” sərgisində növbəti dəfə iştirak etməklə yanaşı, artıq tam qətiyyətlə deyə bilərik ki, bu tədbirin təşkilatçıları ilə əməkdaşlığımız məhsuldar olmuşdur. Şirkətimizə yeni müştəri və tərəfdaşlar qazandıran bu sərgilərin faydası danılmazdır. 

 Cəfər Abbasov, “Kaspi-Yıldız” (Azərbaycan-Türkiyə) şirkətinin meneceri                                   

 

Biz təqribən üç ildir ki, Azərbaycan bazarında fəaliyyət göstəririk, lakin buna baxmayaraq, bu sərgidə ilk dəfə iştirak edirik. Ölkənizdə fəal tikinti işləri həyata keçirilir və biz əminik ki, “Hikvision” şirkətinin avadanlıqlarına Azərbaycanda tələbat olacaq. Şirkət bu gün sərgidə İP-kameralar, analoq kameralar, video-qeydiyyat cihazları (video-reqistratorlar) və əlaqədar məhsullar təqdim edir.

 

Ariel Vonq, “Hikvision DigitalTechnology” şirkətinin beynəlxalq biznes nümayəndəsi

 

“CIPS Caspian” sərgisində iştirakımızın məqsədi yanğın siqnalizasiyası və tüstü əleyhinə mühafizə sistemlərinin quraşdırılması ilə məşğul olan şirkətləri öz məhsullarımızla tanış etmək, ziyarətçiləri avadanlıqlarımız haqqında məlumatlandırmaq və sistemlərimizin iş prinsipini nümayiş etdirməkdir. Sərginin nüfuzlu statusu və fəaliyyət təcrübəmizlə maraqlanan peşəkar ziyarətçilərin çox olması bu vəzifələrin uğurla həyata keçiriləcəyinə əminlik yaradır. Biz yeddi ildən artıqdır ki, avadanlıqların Azərbaycana təchizi ilə məşğuluq və buna görə də, potensial müştərilərə veriləcək məlumatımız çoxdur.

 

Sergey Dyaçenko, “Rubej” Ticarət Evinin texniki şöbəsinin rəhbəri

Bu sahə üzrə xarici ölkələrdə keçirilən sərgilərdə fəal iştirakımız həmin sərgiləri Azərbaycanda keçirilən “CIPS” sərgisi ilə müqayisə edərək bu tədbirlərin prioritetlərini və ən yaddaqalan tərəflərini müəyyən etməyimizə imkan verir. Qeyd edə bilərəm ki, Azərbaycanda keçirilən “CIPS” sərgisi yaxşı təşkil olunub və bu sahənin bir çox aparıcı istehsalçılarını bir araya gətirməklə yanaşı, ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.

 

İsmayıl Abbasov, “Sentra” şirkətinin aparıcı mütəxəssisi

 

RƏSMİ DƏSTƏK

 

Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu

 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)

Təşkilatları Milli Konfederasiyası (ASK)

 

 

Təşkilatçilar

 

Xəzər regionunda mühüm sərgi və konfransların təşkilatçısı olan “İteca Caspian” şirkəti, bu sahədə dünya üzrə qabaqcıl şirkət olan “İTE Group PLC” şirkətinin eksklyuziv tərəfdaşıdır. “İteca Caspian” şirkəti tərəfindən hər il 20-dən artıq sərgi təşkil olunur.

 

Iteca Caspian LLC


Tel:    +994 12 404 10 18

Mob: +994 77 277 70 18
Faks: +994 12 404 10 01
E-mail :      security@iteca.az

Web-site:    www.cips.az

 

 

ITE Group PLC


Tel:    +44 207 596 5079
Faks: +44 207 596 5128

E-mail : Agnius.Kazlauskas@ite-exhibitions.com

 

 




BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  24/11/2020 25/11/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



CIPS Caspian is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek